7 Oktyabr 2015 14:31
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 yaşlı futbolçu Seriya A-nın son turunda "Milan"a qalib gəldikləri (4:0) görüşdə dizindən zədələnib.

Teleqraf.com xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycanla keçiriləcək oyuna hazırlaşan İtaliya millisi ciddi itki ilə üzləşib.

Bu barədə "Football Italia" məlumat yayıb. Yığmanın yarımmüdafiəçisi Lorentso İnsinye sıradan çıxıb. 24 yaşlı futbolçu Seriya A-nın son turunda "Milan"a qalib gəldikləri (4:0) görüşdə dizindən zədələnib. O, bu oyunda dubl edib.

İnsinyenin bərpasının müddəti hələlik naməlumdu. Futbolçu yığmanın məşqlərində iştirak etmir.

İnsinye bu mövsüm 7 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha öncə "Milan"ın müdafiəçisi Luka Antonelli və "Sassuolo"nun futbolçusu Domeniko Berardi zədə səbəbindən yığmadan kənarlaşdırılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər