2 İyun 2014 12:17
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

San Fransiskoda keçirilən ABŞ-Azərbaycan qarşılaşmasının ətrafında yaşanan söz-söhbət səngimək bilmir.

Publika.az xəbər verir ki, azarkeşlərə vəd olunan biletlərin verilməməsinin ardınca daha bir qalmaqal veteran futbolçu İsgəndər Cavadovla yaşanıb.

Belə ki, ABŞ-a yollanacaq heyətdə AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun da adı olub. Onun üçün bilet və San Fransiskoda oteldə yer də sifariş olunub.

İsgəndər Cavadov ABŞ-a gedən təyyarəyə də minib. Ancaq sonradan təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib. Sportinfo.az saytının verdiyi məlumata görə, təyyarədəki “biznes-klass”da AFFA-nın baş katibi Elxan Məmmədovun qohumları, dost-tanışları oturduğundan, veteran futbolçuya “ekonom-klass”da yer təklif olunub. Özünə qarşı belə münasibətdən inciyən Cavadov təyyarəni tərk edərək ABŞ-a getməkdən imtina edib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Futbol+” qəzetinə verdiyi açıqlamada Cavadovun hava limanından döndüyünü təsdiqləyib. Ancaq AFFA sözçüsü hadisənin təfərrüatları barədə məlumatsız olduğunu bildirib.


Müəllif: