Braziliya futbolunun məşhur siması Ronaldinyo bildirib ki, hələ karyerasını bitirməyə hazırlaşmır.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı "sambaçı" ötən həftə qarşılıqlı razılıq əsasında "Fluminense" ilə müqaviləni pozdu.
"Radio Rede Atlantida"ya açıqlamasında Ronaldinyo belə danışıb:
"Hələ karyeramı bitirməyi düşünmürəm, oynamaq istəyirəm. Hər gün müxtəlif klublardan təklif alıram. Özünü yaxşı hiss edirəm, səhhətim də qaydasındadı. Əvvəlki kimi futbol oynamaq həvəsim var.
Düşünürəm ki, məşqlər nəticəsində hələ yüksək səviyyədə oynaya bilərəm və bu, məni irəli getməyə məcbur edir".
Rüstəm