9 Oktyabr 2015 10:02
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib.


Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar”ın dünənki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub.

Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun komandası milli komandalarımızın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq.

"Qəbələ" oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər