Koreyanın Munqyonq şəhərində hərbçilərin 6-cı Dünya İdman Oyunları davam edir. Hərbçilərin Dünya İdman Oyunlarında yunan-Roma güləşi yarışlarının ilk günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər mübarizə aparır.
Publika.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Huseynov finala qədər inamlı güləşib. İlk görüşdə Estoniyadan Hardo Tuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) güləşçimizin qarşısında xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun (4:1) qələbəsi ilə nəticələnib və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olacaq.