9 Oktyabr 2015 21:54
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın dövlət prokurorluğunun vergidən yayınmaqda ittiham olunan "Barselona"nın futbolçusu Lionel Messi haqda apardığı araşdırma yekunlaşıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, məhkəmə argentinalı futbolçunun günahsız olduğuna qərar verib.

Lakin məhkəmə 2007-2009 illərdə 4.1 milyon avro vergidən yayınmaqda ittiham edilən "Barselona"nın futbolçusu Lionel Messinin atası Xorxe Messi üçün 22 ay həbs cəzası istəyib.

Messi və atası ilə bağlı araşdırmaya start verildikdən dərhal sonra adıçəkilən ikili 4.1 milyon avronu faizi ilə birgə ödəyib. Buna baxmayaraq, araşdırmanı davam etdirən prokurorluq Messinin günahsız olduğu qənaətinə gəlib. Ancaq məhkəmə vergidən yayınmaqda Messinin meneceri, eyni zamanda şirkətlərinin idarəçisi və mühasibatçısı olan atasını təqsirli bilərək ona 22 ay həbs cəzası istəyib.


Müəllif:

Oxşar xəbərlər