Cənubi Amerika zonası üzrə "DÇ-2018"in seçmə mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, 5 görüşdə qapılara 9 qol vurulub.
Doğma azarkeşləri önündə Ekvadorla qarşılaşan Argentina rəqibinə 0:2 hesabı ilə uduzub. Səfərdə Çilinin qonağı olan Braziliya yığması da turu xalsız başa vurub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunlarda Uruqvay səfərdə Boliviyanı 2:0, Paraqvay Venesuelanı 1:0 hesabı ilə məğlub edib. Kolumbiya isə öz meydanında Perudan üstün olub - 2:0.
9 oktyabr
Boliviya - Uruqvay - 0:2
Qollar: Kaseres, 10 (0:1), Qodin, 69 (0:2)
Kolumbiya - Peru - 2:0
Qollar: Qutyerez, 36 (1:0), Kardona, 90+4 (2:0)
Venesuela - Paraqvay - 0:1
Qol: Qonzales, 84 (0:1)
Çili - Braziliya - 2:0
Qollar: Varqas, 72 (1:0), Sançez, 88 (2:0)
Argentina - Ekvador - 0:2
Qollar: Erazo, 81 (0:1), Kaysedo, 82 (0:2)