AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - İtaliya matçına bilet satışı davam edir.
Trend-ə danışan AFFA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu bildirib ki, artıq 45000 bilet satılıb.
Xatırladaq ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 69 800 azarkeş tutumuna malikdir.
M.Nərimanoğlunun sözlərinə görə, oyunqabağı UEFA-nın iclası da artıq başa çatıb: “Azərbaycan-İtaliya matçına hazırlıq işləri çox yüksək səviyyədə gedir və hər şey qaydasındadır”.
Qeyd edək ki, Azərbaycan-İtaliya matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.