2 İyun 2014 13:38
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadan Azərbaycan millisinə daha bir futbolçu dəvət olunub.

Teleqraf.com xəbər verir ki, bundan sonra Renat Dadaşov U-17-nin formasını geyinəcək.

1999-cu il təvəllüdlü futbolçu A milli komandamızın üzvü Rüfət Dadaşovun qardaşıdır. “Ayntraxt” akademiyasında oynayıb. O, “Kayzerslautern” klubunun aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Növbəti ildən Leypsiq şəhərinin “Red Bull” klubunda oynayacaq.

17 yaşa qədər futbolçulardan ibraət milli komandanmıza dəvət olunan Renat Dadaşov dünən ilk dəfə U-16 yığması ilə ilk oyununa çıxıb. Renat U-16-nın heyətində bir hissə oynayıb və heç nə ilə yadda qalmayıb. Böyük ümidlərlə komandamıza dəvət olunan gənc futbolçu bir neçə əlverişli qol şansını əldən verib. Bundan əlavə Renat Dadaşov qazandığı penalti zərbəsindən də yararlana bilməyib.

Görünür bu səviyyədə bir futbolçunun milliləşdirilməsinin arxasında pərdəarxası məqamlar dayanır.

Aygün İlqarqızı


Müəllif: