10 Oktyabr 2015 21:17
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə milli komandamız bu gün növbəti oyununa çıxacaq.

Apasport.az bildirir ki, yığmamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq.

Görüş əsas millimizin tsikldə son ev oyunu olacaq. Qrupdakı son 4 matçında yenilməyən Robert Prosineçkinin yetirmələri heç vaxt xal ala bilmədiyi İtaliya qarşısında bir ilki reallaşdırmaq istəyir.

Qarşılaşma millimiz üçün qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından da önəmli ola bilər. Belə ki, hesabında 6 xal olan əsas komandamız 4-cü yer uğrunda mübarizə apardığı Bolqarıstanə keçmək istəyirsə bu oyundan xal almalı, rəqibinin isə büdrəməsini gözləməlidir.

Görüşün Bakı Olimpiya Stadionunda keçiriləcək olması da qarşılaşmaya əlavə maraq qatır. Bu oyun 68 minlik arenada baş tutacaq ilk futbol matçı olacaq ki, millimiz "siftə"ni korlamamaq üçün əlindən gələni edəcək.

Yığmamızın müdafiəçisi Rəşad Sadıqov üçün yubiley - 100-cü qarşılaşmada komanda yoldaşları sürpriz edərək kapitana hədiyyə edə bilərlər.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

21:00. Azərbaycan - İtaliya

Baş hakim: Villyam Kollum (Şotlandiya)

Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)

Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Alastair Mater (Şotlandiya)

Hakim-inspektor: Marinus Kopman (Holalndiya)

UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)

Bakı. Olimpiya stadionu

Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 8. Eddi İsrafilov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov

Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Anar Nəzirov, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 20. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 9. Elvin Məmməmdov, 11. Tuğrul Erat, 17. Elnur Cəfərov, 18. Rəhman Hacıyev

Baş məşqçi: Robert Prosineçki

İtaliya: 1. Canluici Buffon (q)(k), 2. Mattia de Siqlio, 3. Giorgio Kyellini, 4. Matteo Darmian, 19. Leonardo Bonuççi, 6. Antonio Kandreva, 10. Marko Veratti, 16. Marko Parolo, 9. Qraziano Pelle, 14. Stefen El Şaaravi, 17. Eder

Ehtiyat oyunçular: 13. Daniele Padelli (q), 12. Salvatore Siriqu (q), 15. Andrea Barzaqli, 22. David Santon, 5. Alesandro Florenzi, 8. Roberto Soriano, 11. Ciakomo Boneventura, 18. Rikardo Montelivo, 21. Andrea Bertolaççi, 7. Simone Zaza, 20. Sebastian Ciovinko, 23. Fabio Qvaqliarella

Baş məşqçi: Antonio Konte.


Müəllif: