11 Oktyabr 2015 16:50
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avro-2016"nın seçmə mərhələsində milli komandaların oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayır.

Qol.Az-ın məlumatına görə, bu gün Avropa Liqasının qrup mərhələsinin iki iştirakçısı - "Qarabağ" və "Qəbələ" üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqanın 8-ci turunda "Qarabağ" evdə "Zirə"ni qəbul edəcək. "Qəbələ" isə səfərdə "Neftçi"nin qonağı olacaq.


Müəllif: