12 Oktyabr 2015 21:36
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq qışda komandadan ayrıla bilər.

Qabon millisinin üzvü "Barselona"nın maraq dairəsinə düşüb.

Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike 26 yaşlı futbolçunu komandasında görmək istəyir. O, yayda komandadan ayrılan Pedro Rodriqesin yerini məhz Obameyanqla doldurmaq niyyətindədir.

Qeyd edək ki, Obameyanq cari mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qol vurub və 1 məhsuldar ötürmə verib. "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq qışda komandadan ayrıla bilər.


Müəllif: