13 Oktyabr 2015 17:02
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul"un yeni baş məşqçisi Yurgen Kloppun komandasında görmək istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə "ESPN" nəşri məlumat yayıb. Mersisayd klubu qışda "Suonsi"nin yarımmüdafiəçisi Andre Ayunu transfer etməyə çalışacaq.

Klopp 25 yaşlı qanalıya çox göz qoyub. Təcrübəli mütəxəssis hələ Dortmund "Borussiya"sında işlədiyi vaxt Ayunu transfer etməyə çalışsa da, istəyinə nail ola bilməmişdi.

Ayu Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu seçilib. O, bu mövsüm 8 oyunda 4 qol vurub, bir məhsuldar ötürmə verib.

Rüstəm


Müəllif: