15 Oktyabr 2015 02:18
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən keçirilən üç oyunla Azərbaycan kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu görüşlərdən sonra 1/8 finalın bütün cütlükləri müəyyənləşib.

1/16 final mərhələsində "Şahdağ"a qalib gələn "Şəmkir" 1/8 finalda "Qarabağ"la qarşılaşacaq. "Turan Tovuz" isə MOİK-i yolundan kənarlaşdırdığı üçün "İnter"lə qarşılaşacaq.

Sonuncu 1/8 finalçı isə “lotoreya” ilə bəlli olub. Belə ki, “Bayıl Arena”da “Şərurspor”la qarşılaşan “Qaradağ Lökbatan” 3:3 hesabı ilə bitən oyunun ardından penalti seriyasında debütantı sıradan çıxararaq “Neftçi”yə rəqib olub.

Beləliklə, Azərbaycan Kubokunun 1/8 finalında aşağıdakı qarşılaşmalar baş tutacaq.


1/8 final mərhələsi

“Turan-Tovuz” - “Inter”

“Rəvan” - “Bakı”

"Qarabağ" - “Şəmkir”

AZAL - “Zirə”

“Sumqayıt” - “Neftçala”

“Neftçi” - “Qaradağ Lökbatan”

“Xəzər Lənkəran” - “Kəpəz”

“Qəbələ” - “Mil-Muğan”

Qeyd edək ki, bu mərhələnin oyunları dekabrın 2-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər