15 Oktyabr 2015 14:35
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayının 23-ə endiriləcəyi və son 3 namizədin adının bəlli olacağı tarixi elan edib.

Teleqraf.com xəbər verir ki, Son 23 namizədin adı qurumun ekspertləri və "France Football"la birlikdə oktyabrın 20-də açıqlanacaq.


Bundan sonra milli komandaların baş məşqçiləri, kapitanları və KİV nümayəndələri arasında səsvermə keçiriləcək və noyabrın 30-da mükafata namizəd son 3 nəfərin adı bilinəcək.


"Qızıl top"un təntənəli təqdimat mərasimi İsveçrənin Sürix şəhərində yanvar ayının 11-də təşkil olunacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər