İordaniya şahzadəsi Əli Hüseynin FİFA prezidenti vəzifəsinə namizədliyi cümə günü rəsmi olaraq qeydiyyata alınıb.
Bundan əvvəl Beynəlxalq Futbol Federasiyasının vitse-prezidenti vəzifəsini tutmuş şahzadə bildirb ki, namizədliyinin irəli qeydiyyata alınması üçün FİFA-nın 209 üzvündən azı 5 nəfərin dəstəyi olmalı idi.
Onu dəstəkləyənlərin adını şahzadə açıqlamayıb. FİFA-nı korrupsiya qalmaqalları silkələməkdədir.
Ötən həftə FİFA-nın etika komitəsi təşkilatın prezidenti Sepp Blatteri və UEFA rəhbəri Mişel Platinini 90 gün müddətinə vəzifələrindən kənarlaşdırıb. Platini FİFA rəhbəri olmağa əsas namizədlərdən biri sayılırdı, lakin indiki şəraitdə o, vəzifəsinə yanvarın 8-dən tez qayıda bilməyəcəyinə görə, onun təşkilatın prezidenti vəzifəsinə seçkilərdə iştirakı az ehtimallı sayılır.
FİFA-nın yeni prezidentinin seçkisi 2016-cı il fevralın 26-da keçirilməlidir.