16 Oktyabr 2015 13:26
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın MLS liqasında çıxış edən "Nyu-York Siti"nin forvardı David Vilya qış "transfer pəncərəsi"ndə icarə əsasında Avropaya qayıda bilər.

Teleqraf.com xəbər verir ki, "Barselona" 2016-cı ilin yanvarında 33 yaşlı hücumçunu heyətinə qata bilər. "Mançester Siti" Vilya üçün karyerasının davamı baxımından daha bir variantıdı.

"Levante TV"də yayımlanan "El Murcielago" proqramının qonağı olan təcrübəli futbolçu belə açıqlama verib: "Mənə daim zəng edirlər. Biz riyazi olaraq pley-off-a düşmürük, buna görə icarə variantı mümkündü".

Vilyanın icarəsi "Barselonada"kı forvardların zədələrindən sonra gündəmə gəlib. Klub onun sayəsində problemləri müəyyən mənada həll etmək fikrindədi.

Qeyd edək ki, Vilya bu mövsüm MLS-dı 28 matçda 17 qol vurub.

Rüstəm


Müəllif: