Almaniya Regional Liqasında 12-ci turun oyunları keçirilir.
Qol.Az-ın məlumatına görə, millimizin futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna-2” də növbəti oyununa çıxıb.
Düsseldorf təmsilçisi səfərdə "Viktoriya”nın qonağı olub. Oyun "Fortuna-2”nin qələbəsi ilə başa çatıb -1:0. Start heyətdə meydana çıxan Toğrul Erat 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Fortuna-2” 16 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.