"Hamburq"dan qalmaqallı şəkildə "Bayer"ə (Leverkuzen) transfer olunan Hakan Çalhanoğlu ötən gün Bundesliqanın 9-cu turunda sabiq komandasına qarşı oyunda yerli azarkeşlərin güclü təzyiqinə məruz qalıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Hamburq" azarkeşləri isinmə hərəkəti edən futbolçuya pivə butulkaları və alışqan atıblar.
Türkiyə millisinin də şərəfini qoruyan hücumçunun görüşdən əvvəl verdiyi açıqlamada "Hamburq" azarkeşlərindən qorxmuram" deməsi yerli fanatların kəskin etirazına səbəb olub. Onlar futbolçunun hər topa toxunuşunda onu fitə basıblar.
Qeyd edək ki, görüşdə qapılara qol vurulmayıb.