19 Oktyabr 2015 18:39
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən birgünlük "Chrono des Nations" veloyürüşündə 5-ci yeri tutub.

Publika.az xəbər verir ki, Azərbaycan Velosiped İdman Federasiyasından verilən məlumata görə, qadın velosipedçi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verən və fərdi ötüşmə sistemi üzrə keçirilən yarışda 21 km məsafəni 29 dəqiqə 31 saniyəyə qət edib.

Nəticədə Y.Pavluxina Rio-2016-ya 30 lisenziya xalı qazanıb. Hazırda Azərbaycan idmançısının aktivində ümumilikdə 53 reytinq xalı var.


Müəllif: