FİFA “Qızıl top” mükafatına namizədlərin siyahısını 59 futbolçudan 23-ə endirib.
"Barselona" klubunun 6 futbolçusunun adı siyahıya daxil edilib. "Real"i 5, "Bavariya" 4 futbolçu ilə təmsil olunur.
Siyahı: Serxio Aquero (Argentina/Mançester Siti), Qaret Beyl (Uels/Real), Kərim Benzema (Fransa/Real), Kristiano Ronaldo (Portuqaliya/Real), Kevin De Bruyne (Belçika/Volfsburq, Mançester Siti), Eden Azar (Belçika/Çelsi), Zlatan İbrahimoviç (İsveç/PSJ), Andres İnyesta (İspaniya/Barselona), Toni Kroos (Almaniya/Real), Robert Levandovski (Polşa/Bavariya), Xavyer Maskerano (Argentina/Barselona), Lionel Messi (Argentina/Barselona), Tomas Müller (Almaniya/Bavariya), Manuel Noyer (Almaniya/Bavariya), Neymar (Braziliya/Barselona), Pol Poqba (Fransa/Yuventus), İvan Rakitiç (Xorvatiya/Barselona), Aryen Robben (Hollandiya/Bavariya), Xames Rodriges (Kolumbiya/Real), Aleksis Sançes (Çili/Arsenal), Luis Suares (Uruqvay/Barselona), Yaya Ture (Fil Dişi Sahili/Mançester Siti), Arturo Vidal (Çili/Yuventus, Bavariya).
Qeyd edək ki, milli komandaların baş məşqçiləri, kapitanları və milli assosiasiyaların jurnalistləri arasında keçiriləcək sorğu nəticəsində 3 finalçı seçiləcək. Onların adları noyabrın 30-da açıqlanacaq.
"Qızıl top" mükafatı isə sahibinə 2016-cı il yanvarın 11-də veriləcək. Son 2 ildə bu mükafata "Real"ın portuqaliyalı futbolçusu Kristiano Ronaldo layiq görülüb.