20 Oktyabr 2015 15:09
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə oyununa hazırlıqlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, “Qırmızı-qaralar” III tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır. Topaz Premyer Liqasının VIII turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib. Futbolçular fiziki hazırlıqlardan sonra qrup şəkilində məşqə davam ediblər.

Xatırladaq ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını 38 yaşlı İvan Bebek yerinə yetirəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi

III tur, 22 oktyabr

C qrupu

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: İvan Bebek (Xorvatiya)

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç (hər ikisi Xorvatiya)

Əlavə köməkçi hakimlər: Mariyo Strahonya, Qoran Qabrilo (hər ikisi Xorvatiya)

Dördüncü hakim: Qoran Pataki (Xorvatiya)

UEFA nümayəndəsi: Filipp Prudon (Fransa)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

Bakı. “Bakcell Arena” stadionu

Rüstəm


Müəllif: