20 Oktyabr 2015 17:53
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Azərbaycanın FIFA dərəcəli hakimlərinə yeni təyinatlar verib.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəhim Həsənov Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq.

Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər. Oyun oktyabrın 21-də Tbilisidə baş tutacaq.

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.


Müəllif:

Oxşar xəbərlər