İspaniya kubokunda 2015/2016 mövsümünün püşkü atılıb.
1/16 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.
La Liqanın aparıcı klubları ilk mərhələdə aşağı liqa təmsilçiləri ilə qarşılaşacaq. Kubokun son qalibi "Barselona" "Vilyanovense" ilə üz-üzə gələcək. "Real" (Madrid) "Kadis"lə, "Atletiko" (Madrid) isə "Reus"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, kubokda 1/16 final mərhələsinin ilk oyunları dekabrın 2-də, cavab qarşılaşmaları isə ayın 16-da keçiriləcək.
2-16 dekabr
İspaniya kuboku, 1/16 final mərhələsinin cütlükləri
"Kadis" - "Real" (Madrid)
"Vilyanovense" - "Barselona"
"Barakaldo" - "Valensiya"
"Reus" - "Atletiko" (Madrid)
"Lorqonyes" - "Sevilya"
"Linense" - "Atletik" (Bilbao)
"Ueska" - "Viilyareal"
"Almeriya" - "Selta Viqo"
"Leqanes" - "Qranada"
"Lyaqostera" - "Deportivo"
"Mirandes" - "Malaqa"
"Ponferradina" - "Eybar"
"Betis" - "Sportinq"
"Levante" - "Espanyol"
"Las-Palmas" - "Real Sosyedad"
"Rayo Valyekano" - "Hetafe"