Çelsi”nin forvardı Dieqo Koşta maraqlı açıqlamalarıyla gündəmə gəlib.
Koşta özünə yönələn təzyiq və tənqidlərə cavab verib. İspaniya millisinin üzvü “mən mələk deyiləm” deyib:
“Futbol aqressivliyi sevən oyundu. İnsanlar buna öyrəşməlidi. Bəzən insanlar futbolu bir teatr səhnəsi kimi görür və hər kəs yaxşı adamı oynamağa çalışır.
Mən mələk deyiləm və bu heç mənə maraqlı da deyil. Öz komandam - “Çelsi” üçün savaşıram və əlimdən gələni edirəm”.
Koşta “Arsenal”la oyunda incident yaşamışdı və sonar cəzalandırılmışdı.