“Qalatasaray”ın futbolçusu Lukas Padolski bu gün “Fənərbaxça” ilə keçiriləcək oyun haqda danışıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Fənərbaxça”ya qarşı ilk oyununa çıxacaq almaniyalı hücumçu deyib:
“Bu mənim ilk derbimdi. Yoahim Lövlə danışdım, o, bu matçın möhtəşəm olacağını bildirdi. Yalnız İstanbul və Türkiyənin deyil, bütün Avropanın gözü bu derbidə olacaq. Hədəfmiz qələbədir. Məğlubiyyət haqda düşünmürük. Çünki qalib gəlsək, “Beşiktaş”la liderlik yarışımız davam edəcək”.
Qeyd edək ki, maraqla gözlənilən derbi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.