Kəpəz”in futbolçusu Tərlan Quliyev "Xəzər Lənkəran"a qalib gəldikləri oyundan (1:0) sonra Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik. Düşündüyümüz kimi də oldu. “Xəzər Lənkəran” bizə kifayət qədər güclü müqavimət göstərdi. Son turda “Neftçi”nin məğlub olmasi “Xəzər Lənkəran”ın işinə yaradığı üçün meydana qələbə üçün çıxmışdılar. Rəqib bizim kimi gənclərdən təşkil olunsa da, çox yaxşı komandadır.
- Səncə, "Kəpəz"in müdafiə xətti pis təsir bağışlamadı?
- Düzdür, oyunumuz pis alınmadi. Amma mükəmməl də deyildik. Oyunun videoyazısını izləyəndə səhvlərimizin olduğu görünür.
- Oyunda üstün tərəf hansı komanda idi?
- Demək olar ki, bərabər səviyyəli oyun getdi. Sadəcə, bəxt bizim tərəfimizdə oldu.
- Gəncə şəhər stadionunun vəziyyəti heç də ürəkaçan deyildi. Bəs oyunlara necə hazırlaşırsınız?
- Hər şey yüksək səviyədədir. Əsas olan baxımlı oyun sərgiləməkdir. Yaxşı infrastrukturun futbolçuya xeyri var. Amma istəniləni verməsən, heç bir əhəmiyyəti yoxdur. Gəncədə olmağımdan çox məmnunam. Bura Qurban Qurbanovun məsləhəti ilə gəldim. Ona da təşəkkür edirəm. Sevinirəm ki, onu dinlədim.
- Premyer Liqanın növbəti turunda çempionatın debütantı “Zirə” ilə qarşılaşacaqsınız...
- "Zirə"nin "Qarabağ" la oyununu izlədim . Məğlub olsalar da, çox gözəl oyun sərgilədilər. Güclü futbolçulara malik komplekləşdirilmiş komandadır. Buna baxmayaraq, “Zirə” də bizim kimi Premyer Liqada təzədir və səhvləri var. Biz də bu səhvlərdən yararlanıb, qələbə seriyamızı davam etdirməyə çalişacağıq.