Futzal üzrə Azərbaycan millisinin dunya çempionatının əsas qrup mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.
Teleqraf.com AFFA-nın saytına istinadən məlumat verir ki, mübarizəyə ilkin mərhələdən başlayan İsveç yığması qrupunda birinci yeri tutaraq əsas mərhələyə yüksəlib və B qrupunda Xorvatiya, Azərbaycan və Belarus millilərinin rəqibi olub.
Millimizin də yer aldığı B qrupunun oyunları dekabrın 10-dan 13-dək Xorvatiyada keçiriləcək.