26 Oktyabr 2015 20:16
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasının 9-cu turunda "Eybar"a 3:1 hesabı ilə qalib gələn "Barselona"nın futbolçusu Xavyer Maskerano 4 oyunluq cəzalana bilər.

Buna argentinalı futbolçunun "Eybar"la görüşdə (3:1) yan xətt hakimini təhqir etməsi səbəb olub.

Matçın 83-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Maskeranoya daha ağır cəza verilə bilər. Maskeranonun yan xətt hakimini təhqir etməsi sübuta yetiriləcəyi təqdirdə İspaniya Futbol Federasiyasının onu 4 oyunluq cəzalandıracağı gözlənilir. Belədə 31 yaşlı futbolçu La Liqanın 12-ci turunda Madrid "Real"ı ilə keçiriləcək derbi oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu noyabrın 21-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər