27 Oktyabr 2015 08:51
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundesliqasında çıxış edən “Hoffenhaym” baş məşqçisi Markus Qisdolla yollarını ayıraraq, “sükan”ı yeni çalışdırıcıya həvalə edib.

Klubun rəsmi səhifəsi “Hoffenhaym”ı bundan sonra holland mütəxəssis Huub Stevensin çalışdıracağını yazıb.

“Hoffenhaym” 61 yaşlı Stevenslə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə bağlayıb.

Holland məşqçi əvvəllər “Şalke”, “Herta”, “Köln” və “Hamburq” kimi komandaları çalışdırıb. Onun son iş yeri “Ştutqart” olub.

“Hoffenhaym” bu mövsüm keçirdiyi 10 oyunda 1 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət görərək, Bundesliqada 17-cı sırada qərarlaşıb.


Müəllif: