"Türk Messi" ləqəbli Erhun Öztümer İngiltərə mətbuatının diqqət mərkəzinə düşüb.
Komanda.az xəbər verir ki, Öztümerin diqqətləri üzərinə çəkməsinin səbəbi 97 matçda 61 qol vurması olub.
Boyu 160 sm olan futbolçu İngiltərənin "Çarlton" klubu tərəfindən rədd edilib. Səbəb isə elə boyunun həddən artıq kiçik olması olub. "Çarlton"un aşağı yaş qruplarında futbolun sirlərini öyrənən Öztümərin boyunun uzanmayacağı məlum olunca, klub ondan imtina edib.
Bundan sonra bir müddət Türkiyədə karyera yaşayan futbolçu ardından "Dulviç Hamlet" klubuna transfer olunub. 24 yaşlı Öztümər məhz bu komandanın forması ilə 97 matçda 61 qola imza atmaqla həm diqqətləri üzərinə çəkib, həm də "Türk Messi" ləqəbini alıb.
O özü isə Messiyə bənzəməyə çalışmadığını deyir:
"Mən heç vaxt Messiyə oxşamağa çalışmamışam. Sadəcə, ondan nələrisə öyrənmək istəmişəm".