3 İyun 2014 12:01
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun iyunun ilk günündə Bakıya gələcəyi deyilirdi.

İddialara görə, Mübariz Mənsimovun Bakıya səfərinin arxasında iki məqsəd dururdu - Həm klubun boş qalan baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirmək, həm də Hafiz Məmmədovun komandasının - “Bakı”nın satışa çıxarıldığı (80 milyon) bazasını almaq.

Mübariz Mənsimovun Bakıya gəlib-gəlmədiyini dəqiqləşdirmək üçün “Xəzr Lənkəran” rəhbərliyi ilə əlaqə saxladıq.

Teleqraf.com-a danışan “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Mübariz Mənsimovun rəhbərliklə görüşünün arxasında iki məqsədin olduğunu bildirdi:

“Mübariz Mənsimovun Bakıya gəliş səbəbi təkcə məşqçi problemini həll etmək üçün deyildi. Həmçinin o bir çox işlər var idi. O cümlədən də klub rəhbərliyi ilə görüşəcəkdi.

Baş məşqçi problemi hələ ki, həllini tapmayıb. Çünki Mübariz Mənsimov hazırda İstanbulda da deyil. Mübariz müəllim İstanbula gələndən sonra klub rəhbərliyi ilə görüşəcək. Görüş ya Bakıda, ya da İstanbulda gerçəkləşəcək.

M.Mənsimovun Bakıya gələ bilməməsinin də səbəbi onun işləri ilə əlaqədar olaraq xarici ölkələrin birində olmasıdır.

O ki, qaldı Mübariz Mənsimovun “Bakı” klubunun bazasını alacağı məsələsinə bu tamamilə yanlışdır. Bu söhbət kiminsə uydurmasıdır. Ümumiyyətlə bu məsələ heç gündəmimizdə deyil. Bizim bir bazamız var, digəri də Bakıda yox, Masallıda yaradılacaq”.

Aygün İlqarqızı


Müəllif: