29 Oktyabr 2015 20:18
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA prezidentliyi uğrunda 7 namizəd mübarizə aparacaq.

FİFA-nın rəsmi məlumatına görə, bunlar UEFA prezidenti Mişel Platini, UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Liberiya Futbol Federasiyasının prezidenti Musa Biliti, FİFA sabiq baş katibi Jerom Şampan, Cənubi afrıkalı iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir.

Qeyd üdək ki, Platini FİFA-dakı korrupsiya qalmaqalına görə istintaqa cəlb olunduğundan vəzifəsindən 90 günlük kənarlaşdırılıb və bu onun seçilməsini əngəlləyə bilər.

FİFA-da prezident seçkiləri gələn il fevralın 26-ı keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər