31 Oktyabr 2015 20:59
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

"San-Paulo"nun hücumçusu Aleşandre Pato qış "transfer pəncərəsi" açılan kimi "Barselona"ya keçə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Kataloniyanın "Sport" qəzeti məlumat yayıb. Klub rəhbərliyi bir müddətdi Lionel Messi, Luis Suares və Neymara əvəzedici axtarışında idi. Baş məşqçi Luis Enrike bu üç forvardan biri sıradan çıxacağı təqdirdə braziliyalıya güvənmək niyyətindədi.

Məlumatda bildirilir ki, müqavilə ilə "Korintians"a məxsus olan Pato "Barsa"da ehtiyat hücumçu rolunda olmağa hazırdı.

Bu mövsüm təcrübəli "sambaçı" 29 oyunda rəqib qapılarına 10 dəfə yol tapmağı bacarıb.

Pato Avropada daha öncə "Milan"da (2007—2013) çıxış edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər