3 İyun 2014 14:45
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın texniki analiz qrupu 2013/2014-cü illər mövsümündə Çempionlar Liqasının simvolik yığmasının heyətini açıqlayıb. Heyətə qitənin ən nüfuzlu klub turnirinin sifariş ərizəsində olduğu kimi 18 futbolçu daxil edilib. Lakin komandaya Messinin adı salınmayıb.

Simvolik heyəti təqdim edirik:

Qapıçılar: Tibo Kurtua (“Atletiko”), Manuel Noyer (“Bavariya”).

Müdafiəçilər: Dieqo Qodin (“Atletiko”), Filip Lam (“Bavariya”), Daniel Karvahal, Pepe, Serxio Ramos (“Real”).

Yarımmüdafiəçilər: Qabi (“Atletiko”), Andres İnyesta (“Barselona”), Toni Kroos (“Bavariya”), Anxel di Mariya, Luka Modriç, Habi Alonso (“Real”).

Hücumçular: Marko Roys (“Borussiya” D), Dieqo Kosta (“Atletiko”), Aryen Robben (“Bavariya”), Zlatan İbrahimoviç (PSJ), Kriştiano Ronaldo (“Real”).

Aygün İlqarqızı


Müəllif: