1 Noyabr 2015 13:03
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasının X turunda "Las Palmas" üzərindəki qələbə (3:1) "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Teleqraf.com xəbər verir ki, sözügedən qarşılaşmada fərqlənən portuqaliyalı primeroda 233-cü, Avropanın 5 aparıcı çempionatı üzrə isə 317-ci qolunu vurub.

Bununla da Ronaldo qol sayında İngiltərə futbolunun canlı əfsanəsi Stiv Blumerə çatıb.

Madrid klubunun aparıcı futbolçusu indi yalnız İngiltərə çempionatında 357, İtaliya çempionatında isə 9 qol vurmuş Cimmi Qrivz və aktivində 365 qol olan Herd Mullerdən geri qalır.

"Barselona"nın forvardı Lionel Messi də TOP-10-da qərarlaşıb. Argentinalı 288 qolla 7-ci pillədədi.

Rüstəm


Müəllif: