1 Noyabr 2015 20:07
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı başa çatıb. İdmançılarımız artıq vətənə qayıdıblar.

Publika.az-ın əldə etdiyi məlumata görə, yarışa getmiş komanda üzvləri bu gün ölkəmizdə baş tutan Parlament seçkilərində də iştirak edəcəklər.

Xatırladaq ki, döyüşçülərimiz 2 ildən bir keçirilən mötəbər turnirdən əliboş qayıtmayıb. Azərbaycan Kikboks Federasiyası 6 illik fasilədən sonra Elşad Ələsgərov (54kq) sayəsində WAKO versiyası üzrə dünya çempionatının qızıl medalını qazanıb.

Ümumilikdə isə idmançılarımız bu yarışdan 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

Medal qazanmış idmançıları təqdim edirik:

Elşad Ələsgərov - (54 kq, “K-1”) - 1-ci yer

Ehram Məcidov - (+94 kq, “kiklayt”) - 2-ci yer

Ramal Aslanov – (61 kq, “loukik”) - 2-ci yer

Anar Məmmədov – (91 kq, “K-1”) - 2-ci yer

Ramiz Məmmədov – (54 kq, “loukik”) - 3-cü yer

Çingiz Əhmədzadə - (51 kq, “K-1”) - 3-cü yer

Zöhrab Əzimov - (60 kq, “loukik”) - 3-cü yer


Müəllif: