2 Noyabr 2015 21:35
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Monako"nun Bakıya gələcəyi tarix məlum olub.

“Knyazlıq komandası” paytaxtımıza sabah gələcək. Fransızlar saat 22:00-da Bakıda olacaq.

“Monako” oyunöncəsi son məşqini isə noyabrın 4-də, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda edəcək.

"Qarabağ" - "Monako" matçı noyabrın 5-də saat 20:00-da start götürəcək.


Müəllif: