3 İyun 2014 16:38
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcrübəli avtopilot Mixail Şumaxerin səhhəti ilə bağlı bədbin açıqlama verilib.

Reanimasiyada ölüm-qalım mübarizəsi aparan Şumaxerin vəziyyəti ilə bağlı "Formula 1"in həkimi Gari Hartstein danışıb.

O, Şumaxerin hər keçən gün vəziyyətinin daha da ağırlaşdığını və ümidlərin tükəndiyini söyləyib:
“Şumaxerlə bağlı bir daha yaxşı xəbər ala bilməyəcəyimizdən çox qorxuram. Hətta buna çox əminəm. Belə bir vəziyyətdə Şumaxerin ailəsi mətbuat kofransı təşkil edib, hər şeyi açıqlamalıdırlar”.

Xatırladaq ki, əfsanəvi pilot ötən ilin dekabr ayının 29-da Meliberedə istirahət mərkəzində xizək sürərkən yıxılıb və başından güclü zədə alıb.

Təcili xəstəxanaya yerləşdirilən pilot komaya düşüb. Məşhur idmançı xeyli müddət komada qalıb. Şumaxer "Formula 1" yarışları üzrə 7 qat dünya çempionudur./anspress/


Müəllif: