4 Noyabr 2015 01:39
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gün Ukraynada keçiriləcək "Şaxtyor" - "Malmö" (İsveç) oyunu öncəsi klub azarkeşləri arasında kütləvi dava baş verib.

"Report" TSN telekanalına istinadən xəbər verir ki, davada onlarla fanat iştirak edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gələn kimi dava iştirakçıları qaçmağa başlayıblar, lakin 10 nəfər saxlanılıb. Hazırda polis araşdırma aparır.


Müəllif: