4 Noyabr 2015 15:02
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema saxlanılıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Benzema Fransa yığmasındakı komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj etməkdə təqsirləndirilir.

Məsələ ilə bağlı ötən ay araşdırmaya başlayan polis bu dəfə Benzemanı saxlayıb. Polis bölməsində dindirilən 27 yaşlı futbolçu daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, daha öncə Fransa millisinin sabiq hücumçusu Cibril Sisse və daha üç futbolçu eyni səbəbdən saxlanılaraq dindirilib. Sisse qısa müddət sonra azadlığa buraxılıb.


Müəllif: