4 Noyabr 2015 15:43
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" klubunun futbolçusu Caner Erkin ilə evli olan Asena Erkinin adı yeni qalmaqalda hallanır.

Teleqraf.com "Hüriyyet"ə istinadən xəbər verir ki, bir müddət əvvəl adı məşhur müğənni Berkayla birlikdə hallanan Asena yenidən gündəmdədir. Bu dəfə onun adı ölkənin ən keçmiş paxlavaçılarından birinin vəliəhdi Mehmet Dinçerlerlə hallanır.

Qeyd edək ki, keçən il də Asenanın həyat yoldaşına müğənni Berkayla xəyanət etdiyi xəbəri gündəmdə uzun müddət qaldı. Hətta o vaxt "Fənərbaxça"lı futbolçu həyat yoldaşını müdafiə edərək "Asenaya güvənim sonsuzdur" demişdi.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: