4 Noyabr 2015 21:52
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, “Monako” kimi rəqiblə başabaşa mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir".

Bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedyev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah qarşılaşacaqları "Monako" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Rəqibin heyətində Stefan Əl-Şaaravini fərqləndirən Medvedev ona qarşı oynamağın çətin olduğunu bildirib: "Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindir. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.


Müəllif: