4 Noyabr 2015 19:52
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasının E, F, G və H qruplarında 4-cü turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, E qrupunda növbəti mərhələyə iddialı komandalar - "Roma" və "Bayer" İtaliya paytaxtında münasibətlərini aydınlaşdıracaqlar. Cari ÇL mövsümündə qələbə üzünə həsrət "canavarlar" nəhayət, evdə bu istəyinə çatmağa çalışacaq.

Günün digər maraqla gözlənilən oyunu Münhendə baş tutacaq. Burda ev sahibi "Bavariya" keçən turda səfərdə 0:2 hesabıyla məğlub olduğu Arsen Vengerin "Arsenal"ını qəbul edəcək.

Son vaxtlar əldə etdiyi ardıcıl uğursuz nəticələrə rəğmən, hələ də postunda qalan Joze Mourinyonun "Çelsi"si bu turda evdə Kiyev "Dinamo"suyla üz-üzə gələcək.

Çempionlar Liqası, 4-cü tur

4 noyabr

E qrupu

23:45 Barselona (İspaniya) - BATE (Belarus)
Cəzalı: Yoxdu.
Zədəli: Duqlas, Messi, Rafinya (hamısı "Barselona"), Qleb, Rodionov, Siqneviç, Javnerçik (hamısı BATE).
Baş hakim: İstvan Vad (Macarıstan).
Yer: Barselona. "Nou Kamp" stadionu.

23:45 Roma (İtaliya) - Bayer (Leverkuzen, Almaniya)
Cəzalı: Yoxdu.
Zədəli: Kapradossi, Totti (hər ikisi "Roma"), Hilbert, Yedvay, Ryu (hamısı "Bayer"), De Rossi, Keyta (şübhəli, hər ikisi "Roma"), Bender (şübhəli, "Bayer").
Baş hakim: Sergey Karasev (Rusiya)
Yer: Roma. "Olimpiya" stadionu.

F qrupu

23:45 Bavariya (Almaniya) - Arsenal (İngiltərə)
Cəzalı: Yoxdu.
Zədəli: Getse, Riberi, Rode (hamısı "Bavariya"), Arteta, Ospina, Oksleyd-Çemberleyn, Remsi, Rositski, Uolkott, Uolbek, Uilşir (hamısı "Arsenal"), Badştuber, Bernat, Kirhoff (şübhəli, hamısı "Bavariya").
Baş hakim: Canluka Rokki (İtaliya).
Yer: Münhen. "BayArena" stadionu.

23:45 Olimpiakos (Yunanıstan) - Dinamo (Zaqreb, Xorvatiya)
Cəzalı: Yoxdu.
Zədəli: Dominqes, Maniatis (hər ikisi "Olimpiakos"), İvo Pinto, Şildenfeld, Sudani (hamısı "Dinamo"), Bukalakis, Kambyasso, Paviçiç, Siqali (hamısı "Dinamo").
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Yer: Pirau. "Georgias Karaiskakis" stadionu.

G qrupu

23:45 Makkabi (Təl-Əviv, İsrail) - Portu (Portuqaliya)
Cəzalı: Yoxdu.
Zədəli: Data, İtzaki, Radonyiç (hamısı"Makkabi") , Maykon (Portu), Ben Haim (şübhəli, "Makkabi").
Baş hakim: Tasos Sidiropulus (Yunanıstan)
Yer: Hayfa. "Sammi Ofer" stadionu.

23:45 Çelsi (İngiltərə) - Dinamo (Kiyev, Ukrayna)
Cəzalı: Yoxdu.
Zədəli: Kurtua, İvanoviç, Pedro Rodriqes (hamısı "Çelsi"), Danilo Silva (Dinamo).
Baş hakim: Pavel Kraloveç (Polşa).
Yer: London. "Stemford Bric" stadionu.

H qrupu

23:45 Lion (Fransa) - Zenit (Rusiya)
Cəzalı: Yoxdu.
Zədəli: Fekir, Kalulu, Qrenyer (hamısı "Lion"), Fayzulin (Zenit), Bisevaç (şübhəli "Lion"), Malbranqe, Halk (hamısı "Zenit").
Baş hakim: Feliks Brik (Almaniya).
Yer: Lion. "Jerlan" stadionu.

23:45 Gent (Belçika) - Valensiya (İspaniya)
Cəzalı: Yoxdu.
Zədəli: Abdennur, Rodriqo, Rayan (hamısı "Valensiya"), Depoitre, Yohansson, Miliçeviş (hamısı "Gent"), Pedersen, Van der Brüggen (şübhəli, hamısı "Gent").
Baş hakim: Daniel Orsato (İtaliya).
Yer: Gent. "Gent" stadionu.

- See more at: http://komanda.az/xeber/14019/#sthash.E39IH4yQ.dpuf


Müəllif: