5 Noyabr 2015 19:16
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədrinin 2016-cı ilin əvvəlində Belarusa səfəri gözlənilir.

Bu barədə Belarus Milli Məclisi Nümayəndələr Palatasının beynəlxalq münasibətlər komissiyasının sədri Vitali Busko BelTA agentliyinə müsahibəsində bildirib. “Bundan əvvəl qarşıdan gələn səfəri müzakirə etmək məqsədilə Belarus parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun Azərbaycana səfərini planlaşdırırıq”, – deyə o, əlavə edib.

Qeyd edək ki, V.Busko Azərbaycanda keçirilən parlament seçkilərini izləyən MDB müşahidə missiyasının tərkibinə daxil idi.

Səxavət


Müəllif: