6 Noyabr 2015 20:30
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez Boks, Kiqboksinq kimi döyüş idman növləri yarışlarına ev sahibliyi edən şəhərlərdən olan Berlində növbəti dəfə həyəcan yaşanırdı. Reytinq döyüşləri ilə bərabər iki çempionluq yarışı da var idi ki, bunlardan biri də bizim üçün əhəmiyyətli idi. Həmyerlimiz Bəxtiyar İsgəndərzadə Kiqboxinqin K-1 stilində İSKA versiyası üzrə 63 kilo çəkidə Avropa çempionluğu uğrunda döyüşə çıxırdı. Almaniyada yaşayan soydaşımız rinqə üçrəngli bayrağımızla çıxdı və himninmiz səsləndi.

Bosnoyalı rəqib Jasmin Dervisegiçin də şərəfinə ölkəsinin himni səsləndikdən sonra döyüş başladı. Amma döyüşdən sizə çoxlu fraqmentlər təqdim edə bilməyəcəyik. Məsələ heç də texniki qüsurda deyil. İş orasındadır ki, Bəxtiyar döyüşün taleyini cəmi 7 saniyəyə həll elədi

Bəxtiyarın özünəməxsus döyüş stilndən həzz almağa hazırlaşan tamaşaçılar ildırım sürətli qələbədən narazı qalsalar da qalibi ayaqüstə alqışladılar. Yeri gəlmişkən qalibi təbrik edənlər arasında peşəkar boks üzrə dünya çempionumuz Azad Əzizov da var idi. O da, səbəbkar da nəticədən məmnun idilər.

Əlbəttə, Bəxtiyarın məşqçisi də nəticədən məmnun idi.

Əminik ki, həmyerlimiz tezliklə dünya kəməri ilə də bizləri sevindirəcək.

ATV.az


Müəllif: