7 Noyabr 2015 21:59
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın sabiq futbolçusu, hazırda "Brondbyu" klubunda çıxış edən Yohan Elmander İsveç millisindəki karyerasını başa vurub.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 34 yaşlı hücumçunun özü məlumat verib. O, artıq gənc futbolçulara daha çox şans verilməli olduğunu deyib.

Qeyd edək ki, Y.Elmander İsveç millisində oynadığı 83 matçda 20 qol vurub.


Müəllif: