10 Noyabr 2015 08:38
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" futbolçusu Patris Evraya yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi fransalı futbolçunu komandada saxlamaq niyyətindədir.

Evra ilə gələn ayın əvvəllərində danışıqlara başlanacaq. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə 34 yaşlı futbolçu ilə 1+1 sistemi üzrə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Evra 2014-cü ildən "Yuventus"da çıxış edir.


Müəllif: