13 Noyabr 2015 20:12
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasında stadiona ən çox azarkeş toplayan komandaların siyahısı açıqlanıb. Sport7.az xəbərm verir ki, siyahıya Avroliqanın qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya" başçılıq edir.

Dortmundluların hər oyununda orta tamaşaçı sayı 56105 nəfərdi. 49233 tamaşaçı ilə ikinci yer "Ayaks"a məxsusdu. Ölkəmizi qitənin ikinci dərəcəli yarışında təmsil edən "Qarabağ" isə siyahıda 11-ci yerdədi. Ağdamlıların hər oyununda orta hesabla 27600 azarkeş gəlir.

Qeyd edək ki, ev oyunlarını "Bakcell Arena"da keçirən "Qəbələ" isə 48 komanda arasında 42-cidi. Roman Qriqorçukun komandasının hər oyununda 7650 tamaşaçı gəlir ki, bu da həmin arenanın azarkeş tutumuna görədi.


Müəllif: