13 Noyabr 2015 21:23
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mövsümü major notda bitirmək istəyirik. Buna görə də, Moldova ilə oyunda meydana qələbə üçün çıxacağıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov bu gün keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

B.Hüseynov Moldova millisinin sıradan rəqib olmadığını bildirib: "Moldova sıradan rəqib deyil. Bu görüşdə qazanılacaq qələbə bizim üçün vacibdir. Məşqlərdə əlimizdən gələni edirik. Avropa Liqasının qrup mərhələsində çıxış etməyimiz də bizə böyük təcrübə qazandırır. “Monako” və “Tottenhem” kimi komandalara qarşı oynamaq beynəlxalq görüşlərdə bizə kömək edir".

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova oyunu saat 21:00-da başlayacaq.


Müəllif: